Bank Of Baku

Həftəsonu leysan yağacaq - XƏBƏRDARLIQ

Həftəsonu leysan yağacaq  - XƏBƏRDARLIQ
# 06 dekabr 2024 15:45 (UTC +04:00)

"Dekabrın 6-sı axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir".

APA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

"Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan, Quba-Qusarda leysan xarakterli olacağı , çaylarda sululuğun artacağı ehtimal olunur", - deyə məlumatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR