Tozlu hava şəraiti davam edir

Tozlu hava şəraiti davam edir
# 26 may 2024 19:45 (UTC +04:00)

Hazırda Baikı və Abşeron yarımadasında havada tozun konsentrasiyası artaraq normadan 1.5-1.7 dəfə artıq müəyyən edilib.

APA-nın xəbərinə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.

Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir.

Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1.3 dəfə artıq olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR