Bank Of Baku

Yağmurlu hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ

Yağmurlu hava şəraiti davam edəcək  - XƏBƏRDARLIQ
# 27 noyabr 2024 14:51 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında noyabrın 28-dən 29-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.

"Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir", - deyə bildirilib.

Qeyd edilib ki, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR