Gənc minaaxtaranlar üçün təlim kursu başlayacaq
24 sentyabr 2009 13:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) sentyabrın 28-dən gənc minaaxtaranlar üçün təlim kursuna başlayacaq. ANAMA-nın əməliyyatlar üzrə meneceri Samir Poladovun APA-ya verdiyi məlumata görə, vakant yerlər üçün işə qəbul edilmiş minaaxtaranlara yerli mütəxəssislər tərəfindən Göygöl təlim bazasında 4-6 həftəlik təlim kursu keçiləcək. Bundan sonra onlar ANAMA-nın müxtəlif regionlardakı bazalarına praktikaya göndəriləcəklər.
Qeyd edək ki, hazırda həyata keçirilən əməliyyatlarda ANAMA-nın 425 mütəxəssisi və 115 nəfər yardımçı heyət, həmçinin 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir.
Qeyd edək ki, hazırda həyata keçirilən əməliyyatlarda ANAMA-nın 425 mütəxəssisi və 115 nəfər yardımçı heyət, həmçinin 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir.
Hərbi
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:16
27 aprel 2024
Azərbaycan hərbçiləri “EFES - 2024” beynəlxalq təlimdə iştirak edirlər
16:59
27 aprel 2024
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
15:17
27 aprel 2024
MN: Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
11:25
27 aprel 2024