Bank Of Baku

Müstəqil Azərbaycanın ilk hərbi hissəsinin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib

Müstəqil Azərbaycanın ilk hərbi hissəsinin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib
# 09 oktyabr 2009 10:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bu gün Azərbaycan ordusunun ilk hərbi hissəsinin yaranmasının 18 illiyi münasibəti ilə ilk hərbi hissənin birinci taborunun şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə APA-ya Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) sədri Füzuli Rzaquliyev məlumat verib.

AVMVB tərəfindən hər il oktyabrın 9-da hərbi hissənin yaranma gününün qeyd olunduğunu deyən F. Rzaquliyev analoji tədbirin bu il də keçirildiyini bildirib.

F. Rzaquliyevin sözlərinə görə, birinci taborun keçmiş döyüşçüləri Şəhidlər Xiyabanında dəfn olunmuş döyüş yoldaşlarının məzarını ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub, Əbədi Məşəl Kompleksinin önünə əklil qoyulub.

Qeyd edək ki, 18 il əvvəl, oktyabrın 9-da yaradılmış ilk hərbi hissənin ilk heyətindən hazırda 120-yə yaxın şəxs həyatdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR