Azərbaycan Ordusu daha bir hərbçisini itirib
18 oktyabr 2009 08:21 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycan Ordusu daha bir əsgərini itirib. Zaqatala rayonu Gözbarax kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, həmkəndliləri, 1990-cı il təvəllüdlü Mahmudov Faiq Məhərrəm oğlu Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə hərbi xidmət zamanı baş nahiyəsindən aldığı güllə yarasından ölüb.
Zaqatala rayon Hərbi Komissarlığından APA-ya F. Mahmudovun Qusar rayonunda “N” saylı hərbi hissədə qulluq etdiyi və baş nahiyəsindən güllə yarası alması nəticəsində öldüyü faktı təsdiqlənib. Lakin hadisənin hansı şəraitdə baş verməsi haqda məlumat əldə etmək mümkün olmayıb.
F. Mahmudov oktyabrın 17-də doğulduğu kəndə gətirilərək dəfn olunub. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun hüquq- mühafizə orqanlarının əməkdaşları və Gözbarax kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, mərhum 2009-cu ilin aprelində Zaqatala rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Hərbi
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir - VİDEO
11:04
4 iyun 2024
Bakıda NATO proqramı çərçivəsində icmal görüşü keçirilib
17:45
3 iyun 2024
Azərbaycan və Tacikistan hərbçiləri PUA-lardan istifadə barədə müzakirə aparıblar
10:52
3 iyun 2024
Azərbaycan və Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
18:04
1 iyun 2024