Ermənilər qoşunların təmas xəttində neytral əraziləri minalamağa başlayıb
22 oktyabr 2009 07:47 (UTC +04:00)
Etibarlı mənbələrdən APA-ya verilən məlumata görə, oktyabrın 20-dən ermənilərin cəbhə xəttindəki istehkamlarının möhkəmləndirmələri müşahidə olunur. Cəbhə xəttinin müxtəlif istiqamətlərində səngərlər yenidən qazılır, örtülü mövqelər möhkəmləndirilir. Bəzi ərazilərdə isə qoşunların təmas xəttindəki neytral ərazilərdə minalama işləri aparılır. Cəbhənin Füzuli rayonu istiqamətində isə erməni mövqelərində yerdəyişmələr qeydə alınıb. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sərkisyan və müdafiə naziri Seyran Ohanyan qoşunların təmas xəttində mövqeləri gözdən keçirmək üçün Azərbaycanın işğal altında olan ərazilərinə gəliblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-nın sualına cavab olaraq ermənilərin təmas xəttində nə etmələrinə əhəmiyyət verməyin lazım olmadığını bildirib: “Çünki biz bu kimi məsələləri nəzarətdə saxlayırıq. Azərbaycan Ordusu düşmənin istənilər həmləsinin qarşısını almağa hazırdır”.

Hərbi
Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Lerikdə dəfn olunub - FOTO - YENİLƏNİB
16:28
8 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhid İbad Musayevin qalıqları Lənkəranda dəfn olunub - FOTO - YENİLƏNİB
15:49
8 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları İsmayıllıda dəfn olunub - FOTO - YENİLƏNİB
14:58
8 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Lənkəranda dəfn edilib - FOTO - YENİLƏNİB
14:41
8 may 2024