Bank Of Baku

Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutublar
# 06 noyabr 2009 07:05 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri noyabrın 5-də saat 20.40-dan 20.55-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.35-dən 21.55-dək, 22.55-dən 23.15-dək, 23.00-dan 23.15-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.00-dan 19.45-dək və noyabrın 6-da saat 01.15-dən 01.40-dək Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.40-dan 02.00-dək isə Ağdam rayonunun Şürabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Qarşı tərəf bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR