Azərbaycan Rusiyadan təlim silahları alıb

Azərbaycan Rusiyadan təlim silahları alıb
# 12 dekabr 2009 21:16 (UTC +04:00)
Bu günədək təşkilatın atıcılıq kurslarında əsasən SSRİ dövründən qalma TOZ-8 tüfənglərindən istifadə olunduğunu deyən N. Orucov yeni silahların pinevmatik olduğunu, xarici dizaynı, ölçüləri və çəkisində həqiqi atıcı silahlara bənzədiyini qeyd edib.

«Biz bu il Rusiyadan Kalaşnikov avtomat tüfənginin, SVD snayper tüfənginin, müxtəlif tapançaların və UZİ tapança-pulemyotlarının pinevmatik modellərini almışıq. Əslində bu silahlar orijinallarından fərqlənmir. Snayper tüfəngləri döyüş silahlarındakı optik nişangahlarla da təchiz edilib», - deyə N. Orucov vurğulayıb.

KHVTİC rəhbəri yaxın vaxtlarda snayper kursu üzrə təlimlərə başlayacaqlarını da qeyd edib. Onun sözlərinə görə, kursa yazılanlar arasında qızlar da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR