Ermənilər Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər

Ermənilər Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər
# 19 dekabr 2009 07:48 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri dekabrın 18-də saat 14.10-dan 14.20-dək və 14.20-dən 14.30-dək Ağdam rayonunun Yusifcanlı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 16.50-dən 17.10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.50-dən 22.05-dək isə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR