Azərbaycan hərbçiləri Türkiyə və Pakistanda keçiriləcək tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri Türkiyə və Pakistanda keçiriləcək tədbirlərdə iştirak edəcəklər
# 19 dekabr 2009 08:06 (UTC +04:00)
Bakı - APA. Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən
dekabrın 21-də Türkiyənin Samsun şəhərində gizirlər üçün səhra (tibb) xidmətləri kursu
başlayacaq. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kurs 2010-cu il martın 12-də başa çatacaq.

Pakistanla ikitərəfli əməkdaşlıq planına əsasən isə Azərbaycan hərbçiləri dekabrın 20-26-da Pakistan İslam Respublikasının İslamabad və Kəraçidəki Hərbi Təhsil müəssisələrinə səfər edəcəklər.

Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən dekabrın 3-cü və ya 4-cü həftəsi maddi-texniki təchizat (MTT) üzrə mütəxəssislərin İslamabada səfəri də nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR