Azərbaycan silahları İordaniyada keçiriləcək SOFEX-2010 sərgisində nümayiş etdiriləcək

Azərbaycan silahları İordaniyada keçiriləcək SOFEX-2010 sərgisində nümayiş etdiriləcək
# 20 dekabr 2009 17:57 (UTC +04:00)
Azərbaycan tərəfi bu sərgidə əsasən elektron çap lövhələri, tapançalar, «İstiqlal» snayper tüfənginin 14,5 və 12,7 mm çaplı versiyalarını, həmçinin müxtəlif döyüş sursatları və minaatan nümunələrini nümayiş etdirməyi planlaşdırır.

Sərgi çərçivəsində Azərbaycan heyətinin həmçinin işgüzar görüşləri də nəzərdə tutulur.

Müxtəlif ölkələrdən 319 şirkətin qatılacağı sərgi çərçivəsində «Qlobal terrorizmlə mübarizə əməliyyatlarında qüvvələrin bacarıqlarının tənzimlənməsi» mövzusunda beynəlxalq konfrans da keçiriləcək.

Qeyd edək ki, SOFEX-in təşkilat komitəsinin yaydığı məlumata görə, sərgiyə dəvətlilər sırasında Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi də var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR