Azərbaycanda dalğıc kursları açılacaq

Azərbaycanda dalğıc kursları açılacaq
# 20 dekabr 2009 18:55 (UTC +04:00)
N. Orucovun sözlərinə görə, KHVTİC-in Güzdəkdəki bazasının nəzdində açılacaq kurslarda mülki və hərbi qurumlar üçün dalğıcların hazırlanması nəzərdə tutulur: «Hazırda hərbi qurumlar tərəfindən bizə dalğıcların hazırlanması ilə bağlı sifariş daxil olmayıb. Amma bu peşəni bacaranlara həm orduda, həm də mülki təşkilatlarda ehtiyac var».

Təşkilat rəhbərinin sözlərinə görə, təşkilatda dalğıc kursları keçmək üçün kadrlar var. Gələn il bu layihə çərçivəsində Güzdək bazasında xüsusi təlim hovuzlarının tikilməsi, zəruri texniki vasitələrin alınması planlaşdırır.

N. Orucov onu da qeyd edib ki, hazırda KHVTİC Müdafiə Nazirliyinin sifarişi ilə Silahlı Qüvvələr üçün hər il müəyyənləşdirilmiş sayda hərbi sürücülər hazırlayır. Təşkilat rəhbəri bildirib ki, sifarişlər olarsa, KHVTİC Rusiya və Belarusda olduğu kimi ordu üçün döyüş maşınları və tank sürücüləri, həmçinin rabitəçilər hazırlaya bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR