Ermənistan Silahlı Qüvvələri Füzuli istiqamətində atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri Füzuli istiqamətində atəşkəsi pozub
# 24 dekabr 2009 07:53 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 23-də saat 16.25-dən 16.35-dək və dekabrın 24-də saat 05.30-dan 05.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR