Azərbaycan Ordusu daha bir əsgərini itirib

Azərbaycan Ordusu daha bir əsgərini itirib
# 28 dekabr 2009 10:38 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycan Ordusunun əsgəri vəfat edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, həqiqi hərbi xidmətdə olan Zaqatala sakini, 1991-ci il təvəllüdlü Əliyev Kamil Şeyxəhməd oğlunun cənazəsi dekabrın 27-də rayona gətirilərək ailəsinə təhvil verilib. K. Əliyev həmin gün dəfn olunub.

Zaqatala rayon Hərbi Komissarlığından APA-ya K. Əliyevin cənazəsinin ötən gün rayona gətirilərək dəfn olunduğunu təsdiqləyiblər. Zaqatala RHK-dan bildirilib ki, K. Əliyev 2009-cu ilin iyul ayında hərbi xidmətə çağırılıb. O, Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsində qulluq edib. K. Əliyev Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hospitalında dünyasını dəyişib.

Hərbi Komissarlıqdan K. Əliyevin ölümünün səbəbləri barədə onlarda məlumat olmadığı bildirilib.

Daxili Qoşunlardan isə APA-ya bildirilib ki, əsgər K. Əliyevdə hərbi xidmətdən əvvəl xəstəlik olub və bu, hərbi hissədə həkim müayinəsi zamanı aşkarlanıb. Əsgər xəstəliyinə görə hərbi xidmətdən tərxis olunub. Hospitalda müalicə keçildikdən sonra evə göndərilməli olan xəstə əsgərin həyatını xilas etmək mümkün olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR