Azərbaycanın Dövlət Komissiyası təmas xəttində müəmmalı şəkildə yoxa çıxmış Tovuz sakini ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edəcək
30 dekabr 2009 08:00 (UTC +04:00)
Bu barədə APA-ya komissiyanın katibi Şahin Sayılov bildirib.
Qeyd edək ki, ermənilərin atəşkəs rejimini pozması nəticəsində Tovuz rayon Tağıyev Eldar Heydər oğlunun həlak olduğu barədə məlumat yayılıb. Məlumatlara görə, ermənilər dekabrın 28-i saat 18.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində təmas xəttinin yaxınlığında kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlunu atəşə tutublar.
Əlibəyli kənd sakinlərinin APA-nın Qərb bürosuna verdikləri məlumata görə, E. Tağıyev aldığı güllə yarasından yerindəcə keçinib.
İlkin məlumata görə, o, Əlibəyli kəndi ilə Ermənistan Respublikasının Berd rayonunun Aygezor kəndi arasında yerləşən təmas xəttinə yaxın ərazidən keçən Tovuz çayında balıq tutarkən erməni gülləsinə tuş gəlib. Sakinlərin bildirdiyinə görə, onun meyiti bir müddət təmas xəttində qalıb, sonradan ermənilər tərəfindən aparılıb.
Digər məlumatlara görə isə E. Tağıyev ermənilər tərəfindən girov götürülüb.

Hərbi
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub
13:26
31 may 2024
ANAMA sədri Qazaxın azad olunmuş kəndlərindəki minatəmizləmə işlərindən danışıb
12:57
31 may 2024
Elçin Əmirbəyov: Qarabağda minatəmizləmə prosesinə indiyədək 349,1 milyon dollar vəsait xərclənib
10:39
31 may 2024
Beynəlxalq konfransın iştirakçıları Zəngilanda minatəmizləmə işləri ilə tanış olub - FOTO
17:43
30 may 2024