BQXK-nın Azərbaycan nümayəndəliyi Tovuz rayon sakini ilə bağlı qurumun Ermənistan nümayəndəliyinə müraciət edib

BQXK-nın Azərbaycan nümayəndəliyi Tovuz rayon sakini ilə bağlı qurumun Ermənistan nümayəndəliyinə müraciət edib
# 30 dekabr 2009 09:50 (UTC +04:00)
Bu barədə APA-ya BQXK-nın mətbuat katibi Gülnaz Quliyeva bildirib. Onun sözlərinə görə, hazırda BQXK-nın Ermənistan nümayəndəliyində E. Tağıyevin taleyi ilə bağlı dəqiqləşdirmələr aparılır.

Qeyd edək ki, ermənilərin atəşkəs rejimini pozması nəticəsində Tovuz rayon sakini Tağıyev Eldar Heydər oğlunun həlak olduğu barədə məlumat yayılıb. Məlumatlara görə, ermənilər dekabrın 28-i saat 18.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində təmas xəttinin yaxınlığında kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlunu atəşə tutublar.

Əlibəyli kənd sakinlərinin APA-nın Qərb bürosuna verdikləri məlumata görə, E. Tağıyev aldığı güllə yarasından yerindəcə keçinib.

İlkin məlumata görə, o, Əlibəyli kəndi ilə Ermənistan Respublikasının Berd rayonunun Aygezor kəndi arasında yerləşən təmas xəttinə yaxın ərazidən keçən Tovuz çayında balıq tutarkən erməni gülləsinə tuş gəlib. Sakinlərin bildirdiyinə görə, onun meyiti bir müddət təmas xəttində qalıb, sonradan ermənilər tərəfindən aparılıb.

Digər məlumatlara görə isə E. Tağıyev ermənilər tərəfindən girov götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR