Erməni əsirliyində olan Azərbaycan hərbçisinin məktubu ailəsinə çatdırılıb: “Məndən heç narahat olmayın, hər şey yaxşıdır”

Erməni əsirliyində olan Azərbaycan hərbçisinin məktubu ailəsinə çatdırılıb: “Məndən heç narahat olmayın, hər şey yaxşıdır”
# 07 yanvar 2010 09:38 (UTC +04:00)
Əsirinin özünün yazdığı məktubda deyilir: “Salam, mama. Məndən heç narahat olmayın, hər şey yaxşıdır. Məni heç vecinizə almayın. Yeni ilinizi qarşılayın. Nənəmə, dədəmə, Samirə, Asif dayıma, Elşənə, Sevinc bibiyə, Yeganə xalaya, Elçinə, Keytiyə, Hacıbala əmiyə, Mehdi əmiyə, Nəcibə bibiyə, Nazxanıma, Gülərə, Hüsniyyəyə salam söylə. Niyə Elçinin toyu 5 il sonraya aldı? Hamınızın yeni ilinizi təbrik eləyirəm”.

N. Məmmədova bu gün oğluna cavab məktubu yazacağını bildirib.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, 2009-cu il mayın 10-da saat 9.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli istiqamətində əsir götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR