Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 09 yanvar 2010 07:35 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 8-də saat 12.00-dan 12.10-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Mərzili kəndi ərazisindəki mövqelərini, saat 13.30-dan 13.40-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.20-dən 19.50-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR