Ankarada “Terrorizmə qarşı mübarizənin hüquqi aspektləri” mövzusunda kurs keçiriləcək

Ankarada  “Terrorizmə qarşı mübarizənin hüquqi aspektləri” mövzusunda kurs keçiriləcək
# 11 yanvar 2010 07:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Yanvarın 18-dən 22-dək Ankara şəhərində «Terrorizmə qarşı mübarizənin hüquqi aspektləri» mövzusunda kurs keçiriləcək. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kursda Azərbaycan hərbçiləri də iştirak edəcəklər. Tədbir Türkiyə Silahlı Qüvvələrinin Antiterror Mərkəzində təşkil olunacaq.

Mərkəzin özünün yaydığı məlumatda isə bildirilib ki, 40-50 nəfərin iştirak edəcəyi bu kursa NATO-ya üzv və tərəfdaş ölkələrdən OF-3 və OF-5 dərəcəli zabitlər, polis, müdafiə və xarici işlər nazirliklərinin heyətləri qatılacaq. Terrorçuluqla mübarizəninin hüquqi əsaslarını araşdırmağa yönəlmiş kursda terrorizmlə mübarizə sahəsində beynəlxalq qanunvericilik və bu sahədə çalışan təşkilatlar, terrorçulara qarşı qüvvə tətbiq etmə prinsipləri və problemlər müzakirə olunacaq.

Qeyd edək ki, bu kurs ildə bir dəfə, ingilis dilində keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR