Ombudsman Aparatı 2010-cu ildə hərbi qurumlarla birgə hüquqi maarifləndirmə tədbirləri keçirəcək

Ombudsman Aparatı 2010-cu ildə hərbi qurumlarla birgə hüquqi maarifləndirmə tədbirləri keçirəcək
# 12 yanvar 2010 19:09 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hüquqi maarifləndirmə tədbirlərinin bütün hərbi hissələrdə keçirilməsi nəzərdə tutulur.

Məlumatda qeyd olunub ki, ötən müddət ərzində Müdafiə Nazirliyinin rəhbərliyi və Daxili Qoşunların komandanlığı ilə razılaşdırılmış plan-cədvələ uyğun olaraq, hərbi hissələrdə görüşlər davam etdirilib. Bu görüşlərin məqsədi əsgər və zabitlərin yaşayış və xidmət şəraiti, asudə vaxtlarının səmərəli təşkili üçün görülmüş işlər, göstərilən tibbi xidmət, qidalanma rejimi, həmçinin hərbi qulluqçular arasında Nizamnaməyə uyğun rəftarın vəziyyəti ilə tanış olmaq, Ombudsmanın hüquq və səlahiyyətlərini onlara izah etmək, insan hüquqları sahəsində fəaliyyəti barədə məlumat vermək olub: «Təcrübə göstərir ki, belə tədbirlərin həyata keçirilməsi hərbi qulluqçuların insan hüquq və azadlıqlarının müdafiəsi, hərbi hissələrdə ideoloji, hüquqi maarifləndirmə və təlim-tərbiyə işlərinin, həmçinin şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun saxlanılması, müvafiq qanunvericiliyə və nizamnamələrə uyğun xidmətin təmini, vətənə sədaqət və vətənpərvərlik mühitinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR