Lənkəranda Həzi Aslanovun 100 illik yubileyi qeyd olunub - FOTO

Lənkəranda Həzi Aslanovun 100 illik yubileyi qeyd olunub - <font color=red>FOTO</font>
# 22 yanvar 2010 13:10 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəranda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 100 illiyi münasibətilə onun adını daşıyan xiyabanda yubiley mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirə qəhrəmanın cəbhə yoldaşları, Milli Ordunun əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələrinin qatılıblar. Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Həzi Aslanovun ömür yolundan danışıb.
Milli Məclisin komitə sədri Hadi Rəcəbli və Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Abdulla Qurbani də çıxışlarında Azərbaycanın hərb tarixində özünəməxsus rolu olan Həzi Aslanovun keçdiyi döyüş yolundan bəhs ediblər.
Tədbirdə generalın nəvəsi, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanov ailəsi adından çıxış edərək, babasının xatirəsini əziz tutduqları üçün lənkəranlılara, Azərbaycan xalqına minnətdarlığını çatdırıb.
Daha sonra yubiley iştirakçıları Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyinin əsaslı təmirdən sonra açılışına qatılıblar.
Muzeyin direktoru Tamara Fətullayevanın sözlərinə görə, 114,2 kvadratmetr ərazini əhatə edən ev-muzeyinin təmir və bərpa işlərinə ötən ilin noyabr ayından başlanılıb.
Hazırda burada mühafizə olunan 2040 ədəd eksponatdan 306-nı qəhrəmanın şəxsi sənədləri və əşyaları təşkil edir.
Sonda tədbir iştirakçıları ev-muzeyinin eksponatları ilə tanış olublar

Müdafiə Nazirliyinin şöbə rəisi Abdulla Qurbani jurnalistlərə açıqlamasında Həzi Aslanovun 100 illik yubileyi ilə bağlı xüsusi tədbirlər proqramının hazırlandığını bildirib. Onun sözlərinə görə, bütün hərbi hissələrdə, hərbi tədris müəssisələrində generalın həyat və fəaliyyətinə dair məruzələr, mühazirələr dinləniləcək, elmi konfranslar, simpoziumlar təşkil olunacaq. Moskvada, Sankt-Peterburqda, Rusiyanın digər şəhərlərində, Belarusda yubiley tədbirləri keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR