Xanlar Vəliyev: Ötən il hərbi sahədə baş vermiş cinayət hadisələrinin 99,7 faizi açılıb

Xanlar Vəliyev: Ötən il hərbi sahədə baş vermiş cinayət hadisələrinin 99,7 faizi açılıb
# 29 yanvar 2010 16:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu gün Respublika Hərbi Prokurorluğunda 2009-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollegiya iclasında Mərkəzi Aparatın işçiləri Naxçıvan Muxtar Respublikası hərbi və ərazi hərbi prokurorları iştirak edib. İclasda hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizədə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini daha da artırıldığını bildirib. Bütövlükdə ordu quruculuğuna mənfi təsir edən bir çox cinayətlərin açılaraq təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edildiyini vurğulayan hərbi prokuror 2008-ci illə müqayisədə ötən il hərbi xidmət əleyhinə olan cinayətlərin 0,9 faiz, tabelik qaydaları əleyhinə olan cinayətlərin 11,4 faiz, hərbi xidmətdən yayınmaq cinayətlərinin 19,9 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmək cinayətləri 7,4 faiz, fərarilik cinayətləri 63,1 faiz azaldığını bildirib.

X. Vəliyev hərbi sahədə ötən il baş vermiş cinayət hadisələrinin 99,7 faizinin açıldığını, törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılmasının isə tam təmin olunduğunu qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR