Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri ilə bağlı aparılan cinayət işinin istintaqı ilə əlaqədar 286 nəfər təqsirləndirilən barəsində axtarış elan edilib

Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri ilə bağlı aparılan cinayət işinin istintaqı ilə əlaqədar 286 nəfər təqsirləndirilən barəsində axtarış elan edilib
# 29 yanvar 2010 16:41 (UTC +04:00)
Bakı. Hafiz Heydər – APA. “Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri ilə bağlı Hərbi Prokurorluq tərəfindən aparılan cinayət işinin istintaqı ilə əlaqədar 286 nəfər təqsirləndirilən şəxs barəsində axtarış elan edilib”. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev Hərbi Prokurorluqda bu gün keçirilən kollegiya iclasında bildirib. Ermənilərin Azərbaycanda törətdikləri Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni Silahlı Qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı Hərbi Prokurorluqda aparılan istintaq barədə məlumat verən X. Vəliyev həmin cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırım) və digər maddələri tövsif edildiyini iş üzrə 286 nəfər təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğunu qeyd edib. Hərbi prokuror cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR