NATO-nun Maddi Texniki Təchizat Agentliyi Azərbaycan ordusunda sovet dövründən qalmış texnikaların modernləşdirilməsinə kömək edə bilər

NATO-nun Maddi Texniki Təchizat Agentliyi Azərbaycan ordusunda sovet dövründən qalmış texnikaların modernləşdirilməsinə kömək edə bilər
# 30 yanvar 2010 11:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. NATO-nun Maddi Texniki Təchizat Agentliyi (NAMSA) Azərbaycan ordusunun arsenalında sovet ordusundan qalma texnikaların və silahların modernləşdirilməsində kömək göstərə bilər. Bu barədə APA-ya NAMSA-nın Lüksemburqdakı baş qərargahının proqramlar ofisindən məlumat verilib.

Agentlik Azərbaycan tərəfindən müvafiq qurumlarla, xüsusilə də Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşdə də bu təklifi səsləndirib. Azərbaycan tərəfi bəzi bu kimi proyektlərdə NAMSA-nın iştirakına razı olduğunu ifadə edib.

NAMSA-dan son 2 ildə Azərbaycan hökuməti ilə birlikdə zərərli raket yanacağı olan 1500 ton melanjın ləğvi layihəsinin uğurla həyata keçirildiyi və hazırda “Partlamamış hərbi sursatların ləğvi üzrə Saloğlu layihəsi” çərçivəsində əməkdaşlığın davam etdirildiyi bildirilib. NAMSA ötən ilin noyabr ayından etibarən Azərbaycan təcrübəsindən azərbaycanlı mütəxəssislərin bilavasitə iştirakı ilə Özbəkistanda melanjın ləğv edilməsində istifadə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR