Gürcüstan minaaxtaranlarını təlim keçməsi üçün Azərbaycana göndərməyi planlaşdırır

Gürcüstan minaaxtaranlarını təlim keçməsi üçün Azərbaycana göndərməyi planlaşdırır
# 04 fevral 2010 02:42 (UTC +04:00)
Bu barədə APA-ya Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargahının ofisindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2009-cu ildə istehkamçı zabitlərdən ibarət bir neçə missiya Azərbaycanda səfərdə olub. Onlara Azərbaycan mütəxəssisləri tərəfindən humanitar minatəmizləmə, partlamamış hərbi sursatların zərərsizləşdirilməsi, bu işlərdə müasir texnologiyaların tətbiqinə dair təlimlər verilib: «Azərbaycan tərəfi Gürcüstana dəstək olaraq bu təlimləri öz üzərinə götürüb. Bizim mütəxəssislər Azərbaycanın demininq sahəsində qabaqcıl təcrübəsini mənimsəyirlər».

Qeyd edək ki, Gürcüstan Müdafiə Nazirliyinin minaaxtaranlarına Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən təlim keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR