Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
# 16 fevral 2010 06:40 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri fevralın 15-də saat 19.40-dan 20.00-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, fevralın 16-da saat 02.00-dan 02.15-dək isə Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR