Separatçı Abxaziyada Rusiyanın hərbi bazası inşa ediləcək

Separatçı Abxaziyada Rusiyanın hərbi bazası inşa ediləcək
# 17 fevral 2010 18:15 (UTC +04:00)
Bakı-APA. Rusiya ilə Gürcüstanın separatçı Abxaziya regionun rəsmiləri arasında bu bölgədə Rusiyanın hərbi bazasının inşası barədə razılıq imzalanıb.

APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi məlumata görə, bu barədə razılaşmanın bu gün, Rusiyanın müdafiə naziri Anatoli Serdyukov və Abxaziyanın müdafiə rəsmiləri tərəfindən imzalandığı bildirilir.

Reuters agentliyinin məlumatına görə, hərbi baza artıq Rusiyanın həmin bölgədə 3 000-ə yaxın əsgəri qüvvəsinin yerləşdirildiyi ərazidə inşa ediləcək.

2008-ci ildə Tbilisi və vasitəçi qərb dövlətlərinin sərt etirazlarına baxmayaraq, Moskva Gürcüstanın separatçı regionları olan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.

Gürcüstan bu razılığı pisləyib. Ölkə parlamentinin spikeri David Bakradze deyib ki, bu razılıq Rusiyanın Gürcüstan ərazisini zəbtini qanuniləşdirməyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR