İran raketlərə qarşı ilk dağıdıcı gəmisini sınaqdan keçirib

İran raketlərə qarşı ilk dağıdıcı gəmisini sınaqdan keçirib
# 19 fevral 2010 18:34 (UTC +04:00)
Bakı-APA. İranın dövlət televiziyasının bildirdiyinə görə, ölkədə istehsal olunan ilk raketlərə qarşı dağıdıcı gəmisini sınaqdan keçirilib.

APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, Camaran adlı hərbi gəmi bu gün, ali ruhani lider Ayətulla Əli Xameneyinin təşkil etdiyi mərasimdə nümayiş etdirilib.

Dövlət televiziyasının verdiyi xəbərə görə, bu növ gəminin su və hava raketlərinin qarşısını almağa yönəlib. Məlumatda o da bildirilir ki, bu gəmidən müasir radar və kimyəvi silahlar daşıyan gəmilərə qarşı da istifadə edilə bilər.

Xatırladaq ki, Bu ayın əvvəlində də İranın dövlət televiziyası ölkənin yeni raketlər istehsal etməyə başladığını bildirib. Tehran satellit daşınması üçün istifadə ediləcəyini deyərək, İranın daha bir raketi sınaqdan keçirdiyini bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR