Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırış haqqında fərman imzalayıb

Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırış haqqında fərman imzalayıb
# 25 fevral 2010 17:13 (UTC +04:00)
APA-nın xəbərinə görə, sənəddə göstərilib ki, 1992-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1975-1991-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar 2010-cu ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi xidmət haqqında” qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2010-cu ilin aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR