Əfqanıstan Silahlı Qüvvələrinin zabitləri Azərbaycanda təlim keçəcək

Əfqanıstan Silahlı Qüvvələrinin zabitləri Azərbaycanda təlim keçəcək
# 26 fevral 2010 20:44 (UTC +04:00)
NATO-nun təşəbbüsü əsasında cari ilin ortalarında Azərbaycana göndəriləcək zabitlər Əfqanıstan Silahlı Qüvvələrinin müxtəlif birləşmələrini təmsil edəcəklər. Onlar Azərbaycan mütəxəssisləri tərəfindən müvafiq ixtisaslar üzrə treninqlər və ixtisasartırma kursları keçiləcək.

Zabitlərin sayı və konkret olaraq silahlı qüvvələrin hansı strukturlarını təmsil edəcəyi açıqlanmayıb.

İSAF-dan o da bildirilib ki, ötən ildən başlayaraq Azərbaycan mütəxəssisləri Əfqanıstan Müdafiə Nazirliyinin minatəmizləmə departamentinin əməkdaşları üçün təlimlər keçir, eyni zamanda yerində minatəmizləmə əməliyyatlarının qurulması və icrasın praktiki olaraq öyrədirlər
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR