Ağdam sakininin həyətində partlamamış top mərmisi aşkarlanıb

Ağdam sakininin həyətində partlamamış top mərmisi aşkarlanıb
# 01 mart 2010 13:10 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Ağdamın Çıraqlı kənd sakini Asif Məmmədovun həyətində partlamamış top mərmisi aşkarlanıb. Bu barədə APA-nın Qarabağ bürosuna A. Məmmədov özü məlumat verib. Onun sözlərinə görə, təmas xəttinin yaxınlığında yerləşən kənddəki həyətyanı torpaq sahəsində gündüzlər əkin işləri aparmaq mümkün olmadığından gecə torpaq sahəsində şumlama işləri görüb. Traktorun kotanına ilişən mərmini də yalnız səhəri gün görüblər. Ev sahibi dərhal ərazidəki Azərbaycan hərbiçilərinə məlumat verib. Hadisə yerinə gələn istehkamçılar mərmini təhlükəsiz yerə aparıblar.

Hərbiçilər APA-nın Qarabağ bürosuna bildiriblər ki, tapılan döyüş sursatı 1993-94-cü illərdə ermənilər tərəfindən atılıb. Ümumiyyətlə, cəbhəyanı yaşayış məntəqələrində xüsusilə yaz-tarla işləri və payız əkini zamanı partlamamış döyüş sursatlarının tapılması faktına tez-tez rast gəlinir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR