Bank Of Baku

Azərbaycan Daxili Qoşunlarının yaranmasının ildönümü qeyd edilir

Azərbaycan Daxili Qoşunlarının yaranmasının ildönümü qeyd edilir
# 12 mart 2010 07:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Daxili Qoşunlarının (DQ) yaranmasının ildönümü münasibəti ilə qoşunların şəxsi heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. APA-nın xəbərinə görə, ziyarət mərasimində DQ komandanı, general-leytenant Zakir Həsənov da iştirak edib.
DQ şəxsi heyəti Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin və Daxili Qoşunların Qarabağ müharibəsində şəhid olan əsgər və zabitlərinin məzarlarına əklillər qoyublar.

Qeyd edək ki, bu gün Daxili Qoşunların hissələrində ildönümü münasibəti ilə tədbirlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR