Bank Of Baku

Daxili Qoşunların komandanı: “FİEP-ə üzv olmaq istəyimizə yaxın zamanlarda nail olacağıq”

Daxili Qoşunların komandanı: “FİEP-ə üzv olmaq istəyimizə yaxın zamanlarda nail olacağıq”
# 12 mart 2010 07:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Daxili Qoşunları (DQ) Avropa və Aralıq dənizi ölkələri Jandarma Təşkilatları Birliyinə (FİEP) üzv olmaq üçün işlərini davam etdirir. Bunu APA-ya açıqlamasında DQ komandanı, general-leytenant Zakir Həsənov bildirib. Z. Həsənov deyib ki, FİEP-ə üzv olmaq üçün artıq hədəflər müəyyənləşib: “Biz bu hazırlığı planlı şəkildə həyata keçiririk”.

DQ komandanı qeyd edib ki, onlar indiyə kimi FİEP ilə birgə bir sıra tədbirlər keçiriblər: “Bu istiqamətdə işlərimizi davam etdiririk . Hesab edirəm ki, təşkilata üzv olmaq istəyimizə yaxın zamanlarda nail olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR