Bank Of Baku

Azərbaycanın Ağcabədi rayonunda 13 mina və 5 ədəd mina üçün döyüş başlığı zərərsizləşdirilib

Azərbaycanın Ağcabədi rayonunda 13 mina və 5 ədəd mina üçün döyüş başlığı zərərsizləşdirilib
# 15 mart 2010 13:58 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu - APA. Ağcabədinin Baykal dərəsi adlanan ərazisində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən aşkarlanan “TM-62” markalı tank əleyhinə minalar bu gün mütəxəssislər tərəfindən partladılmaqla zərərsizləşdirilib. ANAMA-dan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, 13 ədəd tank əleyhinə mina və 5 ədəd mina üçün döyüş başlığının zərərsizləşdirilməsi əməliyyatı uğurla yekunlaşıb.

Qeyd edək ki, mina və mina üçün döyüş başlıqları martın 10-da keçirilən təmizləmə əməliyyatları zamanı minaaxtaranlar tərəfindən aşkarlanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR