Bank Of Baku

Ermənistanda əsirlikdə olan iki Azərbaycan hərbçisindən birinin aprelin 7-də qaytarılacağı gözlənilir

Ermənistanda əsirlikdə olan iki Azərbaycan hərbçisindən birinin aprelin 7-də qaytarılacağı gözlənilir
# 03 aprel 2010 08:45 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib. Onun sözlərinə görə, dəqiq hansı əsirin qaytarılacağı hələlik məlum deyil. Ş. Sayılov deyib ki, ötən il dekabrın 28-də girov götürülmüş Eldar Tağıyevin qaytarılması ilə bağlı hələlik heç bir razılıq yoxdur.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.

1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev isə Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, 2009-cu il mayın 10-da saat 9.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli istiqamətində əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR