Bank Of Baku

Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilən Qazax rayon sakinlərinin meyitləri Azərbaycana təhvil verilib

Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilən Qazax rayon sakinlərinin  meyitləri Azərbaycana təhvil verilib
# 03 aprel 2010 09:59 (UTC +04:00)
Bu barədə APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva bildirib. Onun sözlərinə görə, cəsədlər BQXK-nın vasitəçiliyi ilə qaytarılıb. Əməliyyat Ermənistanın Yeresxavan şəhəri ilə Azərbaycanın Sədərək şəhəri arasındakı yolda baş tutub. Neytral vasitəçi qismində iştirak edən BQXK mandatına uyğun olaraq ötürülməni bütün tərəflərin müraciətinə əsasən və onların tam əməkdaşlığı şəraitində həyata keçirib.

Qeyd edək ki, Qazax rayon sakinləri Həsən Hüseyn oğlu Hüseynovun və Sakit Şərif oğlu Namazovun martın əvvəllərində Qazaxdan Ermənistan ərazisinə keçdikləri və Ermənistan hərbçiləri tərəfindən qətlə yetirildikləri bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR