Bank Of Baku

İkinci Dünya müharibəsində həlak olan azərbaycanlı döyüşçülərdən birinin şəxsiyyəti dəqiqləşdirilib

İkinci Dünya müharibəsində həlak olan azərbaycanlı döyüşçülərdən birinin şəxsiyyəti dəqiqləşdirilib
# 17 aprel 2010 16:34 (UTC +04:00)
APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyi Mərkəzi Arxivinin açıqladığı məlumatlara istinadən verdiyi xəbərə görə, bu, 1908-ci ildə Azərbaycanın Qax rayonunun Sarıbaş kəndində anadan olmuş Məmmədsum Komuxovdur.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun mətbuat katibi Aleksandr Kalugin APA-ya bildirib ki, M.Komuxov 157-ci əlahiddə tank əleyhinə qırıcı diviziyanın tuşlayıcısı olub: “O, 23 avqust 1942-ci ildə itkin düşüb və düz 67 il sonra – 23 avqust 2009-cu ildə Volqoqrad vilayətinin Qorodişevsk rayonunun Krivaya kəndindəki səngərdə tapılıb. Döyüşçünün yanında ölüm medalyonu (döyüşçü haqqında qısa məlumatların əks olunduğu dəmir sikkə - Red.) və SSRİ-nin “Əmək şücaətinə görə” medalı tapılıb. İki gün sonra o, Qorodişevsk rayonunun Rossoşinsk hərbi memorial məzarlığında dəfn olunub”.

A.Kaluginin sözlərinə görə, döyüşçünün şəxsiyyətinin yanındakı medalyon əsasında müəyyənləşdirmək mümkün olub, dünən isə onun qohumları ilə əlaqə yaradılıb: “Azərbaycan Gənclər və İdman Nazirliyinin və “Dostluq-Drujba” Beynəlxalq Cəmiyyətinin köməyi ilə Məmmədsum Komuxovun oğlunu və nəvəsini tapmaq mümkün olub. Nəvə babasının şərəfinə Məmməd adını daşıyır. Biz Azərbaycan tərəfi ilə birgə döyüşçünün Azərbaycandakı qohumlarının onun məzarını ziyarət etməsi və şəxsi əşyalarını onlara vermək məqsədilə Rusiyaya səfərini təşkil etməyi planlaşdırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR