Bank Of Baku

ATƏT Azərbayсan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

ATƏT Azərbayсan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək
# 26 aprel 2010 08:11 (UTC +04:00)
Bakı – APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 27-də Azərbayсan Respublikasının Qazax rayonunun Fərəhli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Piter Ki, Antal Herdiç və Uilyam Pryor, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Vladimir Çuntulov keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR