Bank Of Baku

Yaxın zamanlarda Güzdək Aviasiya Mərkəzinin təmirinə başlanılacaq

Yaxın zamanlarda Güzdək Aviasiya Mərkəzinin təmirinə başlanılacaq
# 01 may 2010 08:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Yaxın vaxtlarda Bakı şəhərinin Qaradağ rayonunun ərazisindəki Güzdək Aviasiya Mərkəzinin təmirinə başlanılacaq. Bu barədə APA-ya Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının (KHVTİC) sədri, general-mayor Novruzəli Orucov məlumat verib.

N. Orucov hazırda Aviasiya Mərkəzinin ərazisində sovet dövründən qalma mina və partlamamış sursatların təmizləndiyini qeyd edib. Təşkilat rəhbəri 1992-1993-cü illərdə mərkəzin ərazisindəki bəzi avtomobil texnikalarının oğurlandığını, sovet qoşunlarının Azərbaycanı tərk edərkən texnikaların bir hissəsini özləri ilə apardıqlarını vurğulayıb: «Bununla belə, Güzdək Aviasiya Mərkəzinin təyyarələrinin bir qismi Müdafiə Nazirliyinin hərbi hissələrinə köçürülərək orada saxlanılıb. Biz həmin təyyarələri uçuşlara cəlb edəcəyik».

N. Orucovun sözlərinə görə, Güzdək Aviasiya Mərkəzinin inventarında An-2, YaK-52, YaK-55 tipli model təyyarələr mövcuddur. KHVTİC eyni zamanda müasir, dünyada uçuş təlimlərinin keçirilməsində geniş istifadə olunan təyyarələr də almağı planlaşdırır.

Təşkilat rəhbəri onu da vurğulayıb ki, Güzdək Aviasiya Mərkəzində eyni zamanda idmanın texniki növləri üzrə də yarışlar təşkil etmək olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR