Bank Of Baku

Azərbaycanın Balakən rayonunda paraşütlə dəqiq tullanma üzrə beynəlxalq yarış keçirilir

Azərbaycanın Balakən rayonunda paraşütlə dəqiq tullanma üzrə beynəlxalq yarış keçirilir
# 02 may 2010 19:10 (UTC +04:00)
APA-nın yerli bürosunun məlumatına görə, Balakən Aviasiya Mərkəzində təşkil edilmiş yarışlar Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) təşəbbüsü ilə baş tutub.

Yarışlarda Azərbaycan paraşütçüləri ilə birlikdə Rusiya, Belarus, Qazaxıstan və Tacikistan da hər biri 5 paraşütçüdən ibarət komanda ilə təmsil olunub.

Bu gün paraşütlə dəqiq tullanma üzrə beynəlxalq yarışın açılışı olub.

Mərasimdə Azərbaycan KHVTİC-in sədri, general-mayor Novruzəli Orucov və Balakən rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov çıxış edərək, yarış iştirakçılarına uğurlar diləyib və xatirə hədiyyələri təqdim edib.

Yarışların sonuncu günü qalib komandalara mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan KHVTİC-nin təşəbbüsilə artıq ikinci ildir ki, Balakən Aviasiya Mərkəzində Heydər Əliyevin anadan olması münasibətilə MDB dövlətlərinin orduya, aviasiyaya, donanmaya könüllü yardım cəmiyyətlərinin komandaları arasında paraşütdən dəqiq tullanma üzrə beynəlxalq yarış keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR