Bank Of Baku

Müdafiə Nazirliyi Moskvada Azərbaycan və Ermənistan hərbçiləri arasında toqquşmanın baş verməsi barədə məlumatı təkzib edib

Müdafiə Nazirliyi Moskvada Azərbaycan və Ermənistan hərbçiləri arasında toqquşmanın baş verməsi barədə məlumatı təkzib edib
# 06 may 2010 11:47 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant
Eldar Sabiroğlu APA-ya açıqlamasında deyib ki, Moskvada Azərbaycan və Ermənistan hərbçiləri arasında hər hansı insident baş verməyib: “Bu yalan məlumatdır”.

Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktorunun müavini İlqar Hacıyev də APA-ya açıqlamasında məlumatı təkzib edib.

Qeyd edək ki, “Milaz” saytı mayın 5-i axşam saatlarında, Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 65 illiyi münasibəti ilə Moskvada keçiriləcək hərbi parada hazırlıq prosesində Azərbaycan Müdafiə Nazirliyinin sülhməramlı hərbi taborunun əsgərləri ilə Ermənistan hərbçiləri arasında qarşıdurma yaranması barədə məlumat yayıb. Məlumata görə, erməni hərbçilər Azərbaycan əsgərlərinə söz atıb, bundan sonra toqquşma baş verib. Toqquşmanı sakitləşdirmək üçün Moskva Baş Polis İdarəsinin rəhbərliyi xüsusi təyinatlı qüvvələri hadisə yerinə çağırıb. Bundan sonra insidentin qarşısı alınıb. Hər iki ölkənin hərbçilərindən xəsarət alanların olduğu da deyilir.

Məlumatda o da qeyd olunur ki, Azərbaycanın Rusiyadakı hərbi attaşesi, polkovnik Tofiq Salmanov məsələyə müdaxilə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR