Bakıda keçirilən “Mina aksiyaları üzrə təlimin qiymətləndirilməsi”nə dair beynəlxalq təlim-seminar başa çatıb

Bakıda keçirilən “Mina aksiyaları üzrə təlimin qiymətləndirilməsi”nə dair beynəlxalq təlim-seminar başa çatıb
# 10 sentyabr 2010 15:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. “Mina aksiyaları üzrə təlimin qiymətləndirilməsi”nə dair Bakıda keçirilən beynəlxalq təlim-seminar bu gün başa çatıb.

APA-nın məlumatına görə, təlim-seminarda Əfqanıstan, Tacikistan, Yeni Zelandiya, Gürcüstan, İordaniya və Azərbaycanın minatəmizləmə qurumlarının nümayəndələri iştirak edib.

Təlim-seminarda müxtəlif ölkələrin təcrübəsinə dair çıxışlar olub, həmçinin tədbir iştirakçıları Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Horadiz Regional Bazasına səfər edərək əməliyyatların gedişi ilə praktiki tanış olublar.

Seminarın yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, sentyabrın 6-da başlamış təlim-seminar ANAMA, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD) və Qiymətləndirmə Təliminin İnkişafı Beynəlxalq Proqramının (İPDET) təşkilatçılığı ilə keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR