Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə gərgin vəziyyət davam edir
15 sentyabr 2010 06:53 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 14-də saat 13.05-dən 13.20-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14.30-dan 14.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 20.40-dan 21.10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 09.05-dən 09.25-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.45-dən 21.10-dək, 21.10-dan 22.00-dək, 22.00-dan 22.40-dək Tərtər rayonunun Yarımca, Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.10-dan 22.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.10-dan 22.25-dək, 23.45-dən 23.50-dək və sentyabrın 15-də saat 00.40-dan 00.45-dək Ağdam rayonunun Kəngərli, Qaraqaşlı və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Hərbi
Azərbaycanla Slovakiya arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi imzalanıb
14:03
7 may 2024
Xaçmazda birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhidlə vida mərasimi keçirilir - FOTO
14:02
7 may 2024
Şəhid Vüqar Həsənovun 30 il sonra Xocavənddə tapılan qalıqları dəfn olunub - FOTO - YENİLƏNİB
13:40
7 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları dəfn olunub - FOTO - YENİLƏNİB
13:29
7 may 2024