ANAMA Güzdək hərbi bazasının ərazisində yeraltı təmizləmə əməliyyatlarına başlayıb
23 sentyabr 2010 14:05 (UTC +04:00)
Bu barədə APA-ya ANAMA-nın Əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov məlumat verib.
Onun sözlərinə görə, hərbi bazanın ərazisində torpağın üst qatlarındakı sursatların yığılıb zərərsizləşdirilməsi başa çatıb. Təmizləmə əməliyyatlarının yeni mərhələsinə – yeraltı təmizləmə işlərinə start verilib.
«Bu çox çətin mərhələdir. İndiki mərhələdə partlayışdan sonra uçqunların altında qalmış, eləcə də yerin altında olan sursatların tapılıb ərazidən çıxarılması və zərərsizləşdirilməsi həyata keçiriləcək».
ANAMA nümayəndəsinin sözlərinə görə, hazırda əməliyyatlarda uçqunların altında qalan sursatları götürmək üçün ABŞ istehsalı olan EOD BOT adlı robot maşınlar tətbiq edilir. Bu günədək hərbi baza ərazisindən müxtəlif çaplı döyüş sursatları, minalar, 122, 125 mm çaplı artilleriya sursatları, bu yaxınlarda isə 152 mm çaplı tank mərmiləri aşkarlanıb.
Qeyd edək ki, Güzdək hərbi bazası Sovet ordusunun xüsusi təyinatlı qüvvələrinə məxsus olub. Sovet ordusu Azərbaycanı tərk edərkən hərbi bazanı Azərbaycan Silahlı Qüvvələrinə təhvil verməmək üçün partladıb.

Hərbi
HDQ və FHN-in birgə təliminin yekun nəticələri təhlil edilib
17:43
3 may 2024
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək
15:22
3 may 2024
Azərbaycan müdafiə nazirinin müavini İrana səfər edib
13:19
3 may 2024
Azərbaycan Ordusunun hərbçiləri “EFES - 2024” təlimində tapşırıqları yerinə yetirirlər
12:03
3 may 2024