Azərbaycan Pakistanda keçiriləcək beynəlxalq müdafiə sərgisi və seminara dəvət olunub
02 oktyabr 2010 10:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın hərbi qurumlarının nümayəndələri dekabr ayınının 6-dan 10-dək Pakistanın Karaçi şəhərində keçiriləcək İDEAS-2010 beynəlxalq müdafiə sərgisi və seminarına dəvət olunub. Bu barədə APA-ya sərginin təşkilat komitəsindən məlumat verilib.
Sərgidə iştirak etmək üçün Pakistanın müvafiq qurumları (Müdafiə Nazirliyi və Müdafiə Məmulatları üzrə Federal Nazirlik) tərəfindən Azərbaycanın müdafiə naziri Səfər Əbiyev, müdafiə sənayesi naziri Yavər Camalov və Silahlı Qüvvələrin müxtəlif strukturlarının rəhbərlərinə dəvət məktubları göndərilib. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinə eyni zamanda sərgidə iştirakçı kimi öz məhsullarını nümayiş etdirmək təklif olunsa da, nazirlik tərəfindən təşkilat komitəsinə bununla bağlı indiyədək konkret cavab verilməyib.
Qeyd edək ki, İDEAS sərgisi iki ildən bir keçirilir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2008-ci ildə keçirilən sərgidə Türkiyə stendində özünün istehsal etdiyi bəzi məhsullarla bağıl məlumatları nümayiş etdirib.

Hərbi
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
15:04
6 may 2024
Azad edilmiş ərazilərdə daha 79 mina, 378 PHS aşkarlanıb
12:39
6 may 2024
HDQ və FHN-in birgə təliminin yekun nəticələri təhlil edilib
17:43
3 may 2024
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək
15:22
3 may 2024