Bank Of Baku

ANAMA-nın Göygöl Regional Təlim Bazasında tədbir keçirilib

ANAMA-nın Göygöl Regional Təlim Bazasında tədbir keçirilib
# 04 iyul 2011 15:12 (UTC +04:00)
Göygöl. Ayxan Hüseynov - APA. Bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl Regional Təlim Bazasında gürcüstanlı hərbi müdavimlər üçün təlim kurslarına başlanılması və türkiyəli mülki müdavimlərin təlim kurslarının yekunlaşması münasibətilə tədbir keçirilib. APA-nın qərb bürosunun xəbərinə görə, tədbirdə ANAMA-nın direktoru Nazim İsmayılov və Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Turani Əliyev iştirak edib. Partlamamış hərbi sursatların zərərsizləşdirilməsi və təmizlənməsi üzrə təlimdə 33 nəfər gürcü müdavim iştirak edir. Minaların təmizlənməsi üzrə kursları bitirmiş 10 türkiyəli müdavimə sertifikatlar təqdim olunub.

Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran ANAMA-nın direktoru Nazim İsmayılov bildirib ki, bu ildən başlayaraq Türkiyə hökuməti Suriya ilə sərhəd ərazilərin minalardan təmizlənməsi işlərinə başlamağı planlaşdırır: “Türkiyə hökuməti bu işləri görmək üçün tender elan etmişdi və tenderdə bizimlə birlikdə 50 şirkət iştirak edir. Türkiyənin güclü ordusu olmasına baxmayaraq, bu işləri görmək üçün onlarda Azərbaycandakı kimi agentlik yoxdur. Türkiyə hökuməti belə bir qurumun yaradılması barədə qərar qəbul edib və bu işə MKE şirkəti cəlb olunub. Həmin şirkətin mütəxəssisləri burada təlim keçirlər. Bu gün buraxılan qrup 3-cü yarımqrupdur. Bu təlimlər bundan sonrada davam etdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR