İlһam Әliјev: «Son aylar ərzində beynəlxalq vasitəçilər tərəfindən səsləndirilən fikirlər müəyyən ümidlər verir»
Prezident qeyd edib ki, nəticə olmasa da son aylar ərzində beynəlxalq vasitəçilər tərəfindən səsləndirilən, xüsusilə də status-kvonun qəbul edilməməsi ilə bağlı fikirlər, müəyyən ümidlər verir. «Yəni, status-kvo qəbul edilə bilməz, dəyişdirilməlidir, münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi təbii ki, işğal edilmiş torpaqlardan işğalçı qüvvələrin çıxarılmasını tələb edir və münaqişənin həlli yolları məhz bundan keçir. İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Beynəlxalq hüquq normaları hər bir məsələnin həlli üçün əsas olmalıdır, xüsusilə münaqişələrlə bağlı olan məsələlərdə. Biz çalışacağıq ki, bütün imkanlardan istifadə edib bu məsələni tezliklə, ədalətli, öz xeyrimizə - yəni beynəlxalq hüquq normaları əsasında həll edək. Bununla bərabər, təbii ki, bu gün dediyim bütün bu rəqəmlər - iqtisadi inkişaf, iqtisadi potensial, demoqrafik durum və əlbəttə hərbi potensial məsələnin tezliklə ədalətli həll edilməsi üçün öz rolunu oynayır və oynayacaqdır. Bu istiqamətdə də çox böyük tədbirlər görülmüşdür, dəqiq siyasət aparılır. Həm bu ilin, həm əvvəlki illərin iqtisadi göstəriciləri, həm hərbi imkanlarımız göstərir ki, Ermənistanla Azərbaycan arasındakı fərq böyüyür. Bu iki ölkə müqayisəedilməzdir, bizim aramızda yerlə-göy qədər fərq vardır. Bunu hamı bilir – həm beynəlxalq ictimaiyyət, həm bu məsələ ilə birbaşa məşğul olan tərəflər və qurumlar. Çox güman ki, status-kvo ilə bağlı, yəni status-kvonun dəyişdirilməsi ilə bağlı son bəyanatların təməlində də məhz bu reallıq dayanır. Çünki həm biz bilirik, həm hər bir qərəzsiz müşahidəçi bilir ki, Azərbaycan güclənir, Ermənistan zəifləyir, Azərbaycanın əhalisi artır, Ermənistanın əhalisi azalır. O ki qaldı hərbi məsələlərə, iqtisadi sahədə bütün statistik göstəricilər əyani şəkildə kimin kim olduğunu göstərir. Sadəcə olaraq, şəhərlərə, necə deyərlər, qərəzsiz baxışlar zamanı reallığı hər kəs görə bilir ki, Azərbaycan nə qədər böyük yol keçmişdir və ölkəmiz gündən-günə güclənir. O ki qaldı hərbi balansa, deyə bilərəm ki, bu sahədə son vaxtlara qədər bəlkə də erməni təbliğatı nəticəsində bu fərq, – yəni bizim xeyrimizə olan fərq, – beynəlxalq qurumlar və müşahidəçilər tərəfindən o qədər də dərk edilmirdi. Ancaq son müddətdə həm Azərbaycanda, həm Ermənistanda keçirilən hərbi paradlar kimin kim olduğunu əyani şəkildə göstərdi. Mən hesab edirəm ki, Ermənistanda hərbi paradın keçirilməsi onların böyük səhvi idi. Çünki əgər o vaxta qədər onlar həmişə olduğu kimi, mifologiya hesabına, yaxud da ki, fantaziyalar hesabına kimi isə inandırmağa çalışırdılar ki, ən döyüşkən ordu Ermənistan ordusudur. Onların keçirdiyi dırnaqarası “hərbi parad”dan sonra hamı bildi ki, Ermənistan ordusu necə vəziyyətdədir, hansı acınacaqlı vəziyyətdədir. Mən, yəqin ki, siz də, bütün ictimaiyyət də ilk dəfə görmüşük ki, hərbi texnika özü yeriyə bilmir, onları qoşqular, yük maşınları üzərində paraddan keçirib nümayiş etdirirdilər. Bunun bir neçə səbəbi ola bilər. Ya o texnika işləmir, nasaz vəziyyətdədir, ya orada yanacaq yoxdur, ya da ki, hər ikisi. Çox güman ki, hər iki amil burada rol oynamışdır. Bu parad bir daha onu göstərdi ki, Ermənistan müstəqil ölkə deyil, forpostdur. Əgər bu barədə əvvəlki dövrdə də kifayət qədər yüksək rütbəli, vəzifəli şəxslər bəyanatlar vermişdilərsə, bu paradda gördüyümüz mənzərə bunu bir daha təsdiq edir ki, Ermənistan forpost olaraq qalır. Bir də Ermənistanda keçirilmiş bu tədbir yəqin ki, tarixdə yeniliklə yadda qalacaqdır. Orada din xadimlərinin iştirakı da sadəcə olaraq, yumşaq desək, təəccüb doğurur. Özü də əsgər kimi addımlarla addımlayan keşişlər – buna söz tapmaq çətindir. Biz başa düşürük ki, Ermənistan işğalçı siyasəti nəticəsində demoqrafik fəlakətlə üzləşib. Amma bu dərəcədə təsəvvür etmirdik ki, artıq din xadimləri də orada həqiqi hərbi xidmətə cəlb edilirlər. Bu, nə qədər gülməli səslənsə də, bir o qədər də faciəvidir. Hesab edirəm onlar tezliklə dərk etməlidirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli onların maraqlarına xidmət edəcəkdir», deyə İlham Əliyev bəyan edib.
Hərbi
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Türkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib
ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb
Zakir Həsənov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib
Xəbər Lenti
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb