Bank Of Baku

Ötən ay Azərbaycan ərazisində 444 partlamamış hərbi sursat və 1 tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib

Ötən ay Azərbaycan ərazisində 444 partlamamış hərbi sursat və 1 tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib
# 04 noyabr 2011 11:38 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 444 PHS və 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 minaaxtaran mütəxəssis, 120 nəfərlik yardımçı heyət iştirak, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edir.

Ötən ay ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

İndiyədək cəmi 175,876,923 kvadrat metr ərazi təmizlənib, tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 664,317-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcəbədi, Bərdə, Füzuli, Goranboy, Göygöl, Qazax, Şəmkir, Tərtər, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR