Bank Of Baku

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri dəfn edilib

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri dəfn edilib
# 27 noyabr 2011 13:06 (UTC +04:00)
Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Osakücə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ələkbər Əbdülov məlumat verib. Dəfn mərasimində şəhid əsgərin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, bu ilin aprel ayında Lənkəran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1992-ci il təvəllüdlü Elmar Səməd oğlu Həbibzadə noyabrın 26-da saat 15.30 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhənin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR